Daha bir vəkil kollegiyadan ÇIXARILDI

Daha bir vəkil kollegiyadan ÇIXARILDI

Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb. 

Aktual.az xəbər verir ki, məhkəmə Kollegiyanın iddiasını təmin edib. Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən iclasda Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib.

Bu əsasla da onun Vəkillər Kollegiyasındakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib.

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.

Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR