Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO

Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO

Daha bir şəhidin övladı dünyaya gəlib.

Bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonundan könüllü olaraq Vətən müharibəsinə qatılan və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalan .əhidimiz Emin Ağazadənin bu gün qız övladı dünyaya gəlib.

O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə Emilya adını qoyubmuş.

Qeyd edək ki, qəhrəmanımız oktyabrın 25-də Qubadlı-Laçın yolunda şəhid olub, İsmayıllının Kürdmaşı kəndində dəfn olunub. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə E.Ağazadə ölümündən sonra "Vətən uğrunda” və "Qubadlının azad edilməsi uğrunda” medalları ilə təltif edilib.
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR