Daha bir ölkə "Bayraktar" aldı

Daha bir ölkə
  • DÜNYA

Türkiyənin "Baykar" şirkəti bu ay Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Bayraktar TB2" zərbə PUA-larını tədarük edib.
 
Aktual.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.
 
Agentlik bildirir ki, BƏƏ-yə ilkin olaraq 20 PUA təhvil verilib. Tədarüklərin davam edəcəyi deyilir.
 
Qeyd olunub ki, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı da Türkiyə PUA-ları ilə maraqlanır. Məlumata görə, rəsmi Ər-Riyad Türkiyə PUA-ları üçün yerli fabrik qurmaq istəyir.
 
Şirkətin icraçı direktoru Haluk Bayraktar ötən ay "Baykar"ın TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzaladığını vurğulayıb.


Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR