Daha bir avtobus sürücüsü işdən çıxarıldı

Daha bir avtobus sürücüsü işdən çıxarıldı

Bu gün Bakı Nəqliyyat Agentliyinə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.

BNA-dan Aktual.az-a verilən məlumata görə, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.
BNA tərəfindən həmin görüntü əsasında dərhal araşdırma aparılıb: "11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb"

Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR