Üçüncü ölkələrin Silahlı Qüvvələrinin gəmiləri Xəzər dənizinə buraxılmayacaq

Üçüncü ölkələrin Silahlı Qüvvələrinin gəmiləri Xəzər dənizinə buraxılmayacaq

Xəzəryanı dövlətlər Xəzər dənizində üçüncü ölkələrin Silahlı Qüvvələrinin mövcudluğunun qarşısının alınması barədə razılığa gəlib.


"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsində deyilir.

Konvensiya layihəsinin 3-cü maddəsində göstərildiyi kimi, tərəflərin Xəzər dənizindəki fəaliyyəti qəbul edilmiş prinsiplər, o cümlədən Xəzər dənizinə tərəflərə aid olmayan Silahlı Qüvvələrin buraxılmaması prinsipi əsasında olacaq.

Bundan əlavə, "beşliy"in fəaliyyəti Xəzər dənizində gəmilərin yalnız tərəflərin hər birinini bayrağı altında hərəkət etmək prinsipinə əsaslanmalıdır.

Beş Xəzəryanı dövlət həmçinin tərəflərdən hansısa birinə məxsus hərbi gəmilər, sualtı gəmilər və digər nəqliyyat vasitələrinin ərazi suları ilə hərəkət edərkən digər tərəfin ərazi sularında limana yanaşmaq və lövbər salmaq hüququnun olmaması ilə bağlı razılıq əldə ediblər. İstisna kimi buna müvafiq icazənin olduğu və ya fövqəladə hallar, qəza ilə üzləşən şəxslərə, dəniz və hava gəmilərinə yardım göstərilməsi halları qeyd edilib.

 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR