Con Bolton impiçmentlə bağlı ifadə verməyəcək

Con Bolton impiçmentlə bağlı ifadə verməyəcək
  • DÜNYA

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con BoltonNümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Prezident Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyə çağırış göndərərsə, komitəni məhkəməyə verəcəyini açıqlayıb.

"Report” CNN-yə istinadən xəbər verir ki, istefasına baxmayaraq prezident Trampa qarşı sədaqətini qoruyan Boltonun vəkil vasitəsilə onlara belə bir xəbər göndərdiyini komitə üzvlərindən biri bildirib.
Komitədən həmçinin sabiq müşavirin bu addımını "prezidentin Konqresi əngəlləməsi”ni təsdiqləyən daha bir sübut olaraq dəyərləndiriblər.
Bütövlükdə Prezident Trampın impiçmenti ilə bağlı araşdırmalarını ilin sonunadək başa çatdırmağı nəzərdə tutan Konqresin uzun-uzadı məhkəmə çəkişmələrinə qarışmaq fikrində olmadığı bildirilib.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR