CNN Trampın dövlət çevrilişi planını üzə çıxardı

CNN Trampın dövlət çevrilişi planını üzə çıxardı

2020-ci ilin noyabrında ABŞ-da prezident seçkilərində məğlubiyyətə uğrayan Donald Tramp çevriliş cəhdini düşünmüş ola bilər. Yüksək rütbəli Amerika generalları buna əmindir.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu haqda yaxınlarda çıxacaq olan "Washington Post” müxbirlərinin kitabında deyilir. Kitaba görə, keçən il ABŞ Baş Qərargah Rəisləri başçısı Mark Milli "qeyri-rəsmi olaraq prezidentin qarşısını almaq üçün müxtəlif yollar planlaşdırıb".

Daha sonra Mark Milli Tramp komandasının "hərbi, CIA və FBI olmadan" bir çevriliş edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Televiziya kanalı nəşrə istinad edərək, Millinın Trampı "itirəcəyi heç bir şey olmayan klassik avtoritar lider" olaraq gördüyünü qeyd edib. O, hətta Adolf Hitlerin ritorikasıyla ABŞ-ın 45-ci prezidentinin seçki saxtakarlığı ilə bağlı Reyxstaqın yandırıldığı andan bəhs edən açıqlamaları arasında paralellik görüb.

Bu məlumatlar jurnalistlər Kerol Leonniq və Filip Rakerin "Bunu mən tək düzəldə bilərəm" (I alone can fix it) kitabında təqdim olunur. Kitab Trampın ABŞ Prezidenti olduğu son bir ilə həsr edilib. Kitabın yazılması müddətində jurnalistlər 140 mənbə ilə söhbət aparıblar.

Daha əvvəl Fox News Donald Trampın 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində iştirakına dair son qərar verdiyini bildirmişdi. Ancaq o, qərarını jurnalistlərə səsləndirməkdən imtina edib. O bununla öz seçki kampaniyasının maliyyəsi ilə bağlı problem yaratmaq istəmir.
Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR