Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

 Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aktual.az-a bildirilib ki, oktyabrın 18-də plkədə 127 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 

 
Aktual.az
Xəbər 27 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR