Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxdu (FOTO)

Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxdu (FOTO)

ATƏT Xarici İşlər Nazirləri Şurasının İsveçin Stokholm şəhərində keçirilən iclasında iştirak edənlərdən 15-i koronavirusa yoluxub.

Aktual.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar 9 ölkənin təmsilçiləridir. Bütün təhlükəsizlik tədbirlərinə rəğmən, iclas başa çatdıqdan sonra koronavirusa yoluxmalarla bağlı ilk məlumatlar yayılıb. Yoluxanlar arasında Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto da var.

Qeyd edək ki, Xarici İşlər Nazirləri Şurasının iclasında 56 ölkənin nümayəndələri ilə yanaşı, jurnalistlər və ekspertlər də iştirak edib. İclasa Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da qatılıb.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR