Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 000 nəfərə çatır

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 000 nəfərə çatır

Cənubi Koreyada gün ərzində koronavirusa 64 yeni yoluxma halı və 257 sağalma qeydə alınıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Pofilaktikası Mərkəzi bildirib.
Mərkəzin məlumatına görə, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 8 961 nəfərə çatıb, 111 nəfər yeni virusun qurbanı olub.  
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması artıq üçüncü dəfədir (aprelin 6-a qədər) təxirə salınır. Sakinlərdən yaxın 15 gündə evlərini 1 dəfədən artıq tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.
Ölkədə 13 628 nəfərin analizləri hələ ki yoxlanılır. Cənubi Koreyada ümumilikdə 315 mindən çox insandan analiz götürülüb. 
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR