“Cəmil Həsənli kimi nankorlar...” – Deputatdan sərt sözlər!

“Cəmil Həsənli kimi nankorlar...” – Deputatdan sərt sözlər!

"Milli Şura”nın sədri Cəmil Həsənli 11 aprel tarixli Prezident seçkisində iştirak üçün sənəd vermiş namizəd – Tural Abbaslını açıq formada aşağılayıb. Bu aşağılama sosial şəbəkə və mediada elə bir rezonans yaradıb ki, hətta mövcud iqtidarın ən yüksək ranqlı dəstəkçiləri belə mövzuya biganə qala bilməyiblər. Millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz "facebook” səhifəsində hadisə ilə bağlı geniş bir status yazıb. Aktual.az həmin statusu təqdim edir.

Müxalif cəbhədə "Ağ Parti” adında bir təşkilat var. Sədri Tural Abbaslıdır. Prezident seçkilərinə qatılıb. Yəni, təşəbübüs göstərib, sənəd verib, imza vərəqələri götürüb. Qanuni haqqıdır, passiv seçki hüququdur. Özü bilər, kefi bilər, təşkilatı bilər.

Həmin Tural Abbaslı 2013 və ondan bir müddət sonraya qədər ən radikal müxalifətin yanında, hətta önündə qərarlaşıb. Bizi sevən adam deyil. Bəlkə də nifrət edir. Amma tək bildiyim odur ki, daim öz düşərgəsinə bağlı olub, müxalifətdəki böyüklərinə münasibətdə son ana qədər sadiqliq nümayiş etdirib, gözündə qorxu yoxdur, bəzi radikal müxalifət liderləri kimi ideyanı bir kənara qoyub 5-3 manat dalınca qaçmayıb və üstəlik zaman-zaman məlum qaraguruhun "hava”sına uyaraq dövlətin qanunlarını pozub, həbs yatıb, əziyyət çəkib, təhsili yarimçıq qalıb və s.

Tural Abbaslı bütün gəncliyini 2-3 avantüristə görə məhv etmiş adamdır. Amma bir dəfə də olsun onların arxasınca artıq söz danışdığını, belələrini qınadığını, itirdiyi keçmişinə görə kimlərisə ittiham etdiyini görməmişəm. Bayaq isə...baxıram ki, Cəmil Həsənli "MeydanTv”nin reportajında onu ələ salır, dolayır. Öz də çox təhqiramiz, vicdansız şəkildə.

Tural - Cəmil kimi nankora 2013-də qapı-qapı gəzib imza yığanlardan, onun mitinqlərini təşkil edənlərdən, sinəsini qabağa verib tarana gedənlərdən, həmin avantüristlər uğruna hər şeyindən keçənlərdəndir. Amma indi çörəyi dizinə "stkoç”la belə yapışmayanların hədəsinə, lağına tuş gəlib.

Turalı tanımıram. Həyatda bir dəfə də görməmişəm.

Cəmili isə tanıyıram. Min dəfə üzbəüz gəlmişəm.

Turalı mənim, məni Turalin tanımağına ehtiyac yoxdur. Çünki başqa-başqa cəbhələrin, səngərlərin, düşüncənin, ideologiyanın adamlarıyıq. Amma artıq Tural Cəmili tanısın. Gecindən də olsa həyatını hansı "DƏYMƏZ”lərə görə puç etdiyini anlasın və nəhayət....xəyanətkarların, dost, silahdaş qədri bilməyənlərin minnətdarlıq hissinin bundan artıq olmadığının + olmayacağının fərqinə varsın. Məncə.

 
Aktual.az
Xəbər 3800 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR