Cəlilabad rayonunun 60 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.
Aktual.az Report-a istinadən bildirir ki, rayonun dağlıq kəndlərində elektrik enerjisinin kəsilməsinə səbəb 35 min kilovatlıq elektrik xəttinin sıradan çıxması olub.
Hazırda rayonun 60 kəndi işıqsızdır. Təmir işləri havaların əlverişsiz olması səbəbindən gecikir.