Cavid Qurbanovdan Prezidentə şikayət olundu

Cavid Qurbanovdan Prezidentə şikayət olundu

Cənab prezident! Sizin son vaxtlar sosial istiqamətdə imzaladıgınız inqilabi paketkər bir daha sübut etdi ki, Siz xalqın yanındasınız. Hər bir azərbaycanlı kimi mən də Sizinlə fəxr edirəm. Bütün qərarlarınızda xalqın mənafeyini hər şeydən uca tutursuz. Bu ölkənin vətəndaşı olaraq Sizə səs verməklə,  Sizi dəstəkləməkdən  qürür duyuram. Yuxarıda qeyd etdiyim kimi Siz hər zaman xalqın yanindasız. Bəs ADY SC-nin sədri Cavid Qurbanov kimin yanındadır? Kimin üçün işləyir? Sizin etimadınızı necə dogruldur?

Cənab prezident,  atam Nagdəliyev Eldar Həsən oglu 50 ildən yuxarı ADY Biləcəri Lokomotiv deposunda maşinist vəzifəsində çalışıb. 1991-ci ildən mənzil növbəsinə dayanib.  Məhz iş vaxtı agir xəstəliyə yoluxaraq bu ilin mart ayının 22-də vəfat edib. Xəstə oldugu zamanlarda atamın saglıq durumu ilə adıçəkilən qurumdan heç kim maraqlanmamış,  əksinə  adının mənzil növbəsindən çıxarılmaması üçün ondan rüşvət istənilib. Yalnız I qrup yataq xəstəsi olan anama görə onun adı siyahıdan çixarılmayıb.  Halbuki, ailəmiz həmin vaxt tam qanuni olaraq növbədənkənar mənzillə təmin olunmalı idi. Valideynlərim dünyasını dəyışəndən sonra Cavid Qurbanovun tapşırıgı ilə atamın adı mənzil növbəsindən çıxarılıb.  Lakin dünyasını dəyişmiş işçilərin övladlarının mənzillə təmin olunması ilə baglı məndə faktlar var. Bunu açıqlaya bilərəm. Mənzil şəraitimiz olduqca agırdir, ailəmizdə təkcə böyük qardaşım günəmuzd fəhlə kimi çalışır. Oktyabr ayinda dəmiryolçuların peşə bayramı ilə əlaqədar xidməti olan işçilərə, onların ailəsinə mənzillər veriləcək. Amma bizim Cavid Qurbanova və ADY SC Həmkarlar İttifaqının sədrı Fəzail adlı birisinə  rüşvət verə bilmədiyimiz üçün atamın adı siyahıdan çıxarılıb. Dəfələrlə Cavid Qurbanovla  görüşmək istəsəm də rədd cavabı almışam. Cavid Qurbanovun işçisinə və onun ailəsinə verdiyi dəyəri Sizə izah etməyə çalışdım.Ümidimiz yalnız Sizsiniz cənab Prezident! Bir azərbaycanlı ailəsinə kömək edin.

 

Dərin hörmət və ehtiramla:

Nagdəliyev Ceyhun Eldar oglu

Xəbər 1956 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR