Cavid Qurbanov: "Bakı-Yalama dəmir yolunun inşasına gələn il başlanılacaq"

Cavid Qurbanov:

"Sürətli qatarların çəkilməsi ilə bağlı digər bölgələrdən – Quba-Qusar, Lənkərandan tələbat var".

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi” verilişində bildirib. 
Onun sözlərinə görə, şimal zonasında bu infrastrukturu qurulması üçün maliyyə vəsaiti ayrılıb. Hazırda "Şahdağ” kurortuna da dəmir yolunun layihələndirilməsi başa çatdırılır.
"Lənkəranda isə torpaqalma işlərini həyata keçiririk və demək olar ki, bu işlər başa çatdırılıb, layihələndirmə işi gedir. Bu işlərdən sonra Dünya Bankından maliyyə cəlb olunması üçün işlərə başlayacağıq. Lənkəranın qoruqdan sonra olan dəniz tərəfində çox böyük turizm potensialı var", - C.Qurbanov vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya, Yalamaya qədər olan hissəyə isə Asiya İnkişaf Bankı tərəfindən kredit ayrılıb. "Hazırda danışıqlar gedir, şirkətlərin seçilməsi ilə məşğuluq. Gələn ildən buranın inşasına başlayacağıq”, - QSC-nin sədri bildirib.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR