Canlı yayıma zəng edən itkin qızın etirafı ailəsini ŞOKA SALDI - VİDEO

Canlı yayıma zəng edən itkin qızın etirafı ailəsini ŞOKA SALDI - VİDEO
  • DÜNYA

Türkiyədə ailəsinin axtardığı qız tapılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, məcbur edilərək ərə getdiyi iddia edilən 19 yaşlı Fatmanurun "Öz istəyimlə evləndim. 4 aylıq hamiləyəm" sözləri ailəsini şoka salıb.
QORXUDULARAQ QAÇIRILDIĞI İDDİA EDİLDİ
Ercan-Ayşe Koçyiğit cütlüyü polis idarəsinə gedərək 19 yaşlı qızları Fatmanurun bioenerji mütəxəssisi olduğunu söyləyən Metin K. tərəfindən qorxudularaq qaçırıldığını deyiblər.


HAMİLƏ OLDUĞUNU ETİRAF ETDİ
Qızlarından 14 gündən bəri xəbər ala bilməyən Koçyiğit cütlüyü Müge Anlının proqramına çıxaraq onu axtarıblar. Proqramın ötən gün yayımlanan bölümündə canlı yayıma zəng edən Fatmanur öz istəyi ilə ailə həyatı qurduğunu, 4 aylıq hamilə olduğunu deyib. Sonra telefonunu söndürən qız yenidən yoxa çıxıb.
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR