“Camaat pulu yerdən yığıb vermir ki, bizə” - Rəqsanə həmkarlarını qınadı

“Camaat pulu yerdən yığıb vermir ki, bizə” - Rəqsanə həmkarlarını qınadı

Müğənni Rəqsanə İsmayılova toylarda fonoqrama oxuyan həmkarlarını qınayıb. 

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, o, fonoqrama oxuyan sənətçilərin bilərəkdən xalqı aldatdığını deyib: 

"Toyu canlı idarə etmək lazımdır. Ansamblın qarşısında fonoqrama oxumaq günahdı. Toy sahibini aldadıb fonoqrama oxumaq ayıbdı. Xaltura etmək olmaz. Fonoqrama olar, yəni baxarsan çıxış yolu yoxdur, məcbur qalıb bir mahnı oxuyarsan. Yoxsa ansamblla toya gedib fonoqrama oxumaq biabırçılıqdır. Ansambl ola-ola yarım saat eyni muğamda mahnı yazdırıb dayanmadan oxumaq çox gülməldi. Axır vaxtlar toylarda elə şeylərlə qarşılaşdım ki. İnsanları aldadırlar. Olmaz, halallıq almaq lazımdır”.

O, son vaxtlar ansambl saxlayan, bütöv toyu idarə edən mügənnilərin sayının çox az olduğunu deyib: "Kişi sənətçi var, amma qadın yoxdur. Asan yol fonoqramadı. Mən bunun əleyhinəyəm. Toyu canlı ifa etmək lazımdır”.

Rəqsanə toyların necə idarə olunması ilə bağlı təklif də səsləndirib: "Canlı ifa olsun. Toylarda canlı musiqinin səsi az və birdə aparaturanı bilən işlətsin, yerindən qalxan pult arxasında oturmasın, ayıbdı. Camaat pulu yerdən yığıb vermir ki, bizə. Əziyyət çəkib qazanır”. 
 
Aktual.az
Xəbər 2010 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR