Cahandar BAYOĞLU: Gəmi Batarsa, gəmidəkilər boğularsa, Şuşa da, İrəvan da Bizdə olar!

Cahandar BAYOĞLU: Gəmi Batarsa, gəmidəkilər boğularsa, Şuşa da, İrəvan da Bizdə olar!

Rusiya Təhlükəsizlik Şurasının Azerbaycanla bağlı toplantısında, şuranın Katibi çıxışında "Uçitel(Elçibəy) opyat nas obmanul” deyirdi.

1992-93 ilində Azərbaycan Prezidenti nəyin bahasına olur olsun Qarabağı azad etmək uğrunda mübarizə aparırdı, ölkənin bütün resurslarını qələbyə yönəltmişdi.

Azərbaycan Ordusu May ayından Oktyabr ayınadək uğurlu əmliyyatlar keçirdi Xankəndinin 8 kilometrliyindəydi, bütün yüksəkliklər bizdəydi.

Xankəndi azad olmağına hazırlık geden gecə Ağdamda hərbi sursat anbarı partladıldı. Azərbaycan ordusu mövqelərini itirməyə başladı, böyük itkilər verdik. Bu o dövrə təsadüf edirdi ki, ermənilər Dağlıq Qarabağın ilkin statusunu qəbul etməyə hazır idilər , ABD danışıqları aparırdı. Azerbaycan bu danışıqlarda ermənilərin yalvararaq istediklərinə, ABD vasitəçiliyinə redd cavabı verdi.( Red cavabı, Təhlükəsizlik Şurasında müzakirədə verildi. Nələr olub, oda ciddi məsələdir)

Bu qərardan sonra Moskva düyməni basdı, Azərbaycan cildində rus uşaqları əsgərlərini geri çəkdi, orduda qarışıqlıq yaradıldı. Sonrakı dövrdə Prezidenti öldürməkdən belə çəkinməyən addımlar atıldı, Prezident aparatını polis qüvvələri nəzarətə götürmək adı altında, mühasirəyə aldı. Siyasi hakimiyətdə olanlar qruplaşmanı sürətləndirərək hakimiyyət uğrunda mübarizəyə girişdilər. Füzuli işğal olmaq təhlükəsiylə üzləşdi. O zaman Füzulini Prezident qvardiyasının iradəsi qorudu. Prezident Elçibəy Ön cəbhədəydi.( Buda ciddi söhbətdir, Müdafiə Naziri olmaq istəyənlər var idi)

Bu kimi xəyanətlər içərisində Sürət, Rəhim uzaqlaşdırıldı, Daxili İşlər Naziri istefaya getdi. Füzuli kartı gerçəkləşmədiyi üçün, Kəlbəcər kartı işə salındı və Kəlbəcər işğal olundu. Kəlbəcər işğal olmamışdan qabaq Murov dağ cəmiyyəti fəallaşdı.(sonra bunlar 4 iyun qiyamının qəhrəmanları idi)

Azərbaycanda 10 yaxın insan Prezident olmaq üçün Moskvanın əmrindəydi. Siyasi və Hərbi Hakimiyyətdə dayaqlarını itirəcəyini görən Moskva 4 iyun qiyamını təşkil edib, Azərbaycanı Vətəndaş müharibəsinə sürükləməyə qərar verdi. Hədəfdə konustitusiya quruluşunun götürülməsi, ölkəni idarə etməyə qadir olmayan Dövlət Şurasının qurulması vardı. Dövlət Şurasında ölkəni vətəndaş müharibəsinə sürükləyən hər kəs olacaqdı. Hərbi Qiyam törədildi, Dövlət Şurası olmadı. Heydər Əliyev Millət Məclisinə Sədr seçildi, Elçibəy Kələkiyə Hicrət etdi. 26 iyin Moskvada Rusiya Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı toplantısında, şuranın Katibi çıxışında "Uçitel(Elçibəy)opyat nas obmanul” deyirdi.

Dəyərli oxucu o zamandan bu yana Azərbaycan böyük itkilər versə də bağımsızlığını qoruyaraq güclənmişdir. Ən önəmlisi isə " Yerevan- Moskva Partiyası” bir gəmiyə doldurulmuşdur. Gəmi batmaq üzrə olduğu bir dönəmdə Moskva-Yerevan cütlüyü Azərbaycanı qarışdırmaq üçün Şuşada provakasiya hazırlayıb,

Azərbaycandakı "Yerevan-Moskva Partiyasını” qorumaq isteyir.

Biz Millət Dövlət olaraq bu provokasiyaya gedə bilmərik. Gəmidə olan "Yerevan-Moskova Partiyası”nın batmağına, boğulmağına odaklanmalıyıq. Gəmi Batarsa, gəmidəkilər boğularsa, Şuşa da, İrəvan da Bizdə olar.

Cahandar Bayoğlu
Turan Partiyası Girişim Kurul Başkanı
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR