"Bundan sonra “zapret” qoyuram, adım hallanmasın"


Bundan sonra bütün maqazin verilişlərinə "zapret" qoyuram və onlara müsahibə verməyəcəm. Əgər özüm yoxamsa, belə verilişlərdə adım hallanmasın.

Aktual.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri bildirib. Sənətçi maqazin proqramlarına qadağa qoyduğunu, efirlərə artıq çıxmayacağını söyləyib:
"Təzə dəb düşüb. Gündəmə gəlmək istəyən kiməsə söz atır. Hər yerindən duran adımı hallandırıb reklam olunmasın. Sözü ümumi deyirəm, sahibi tutur və ad çəkmirəm. Əgər kimsə anında reaksiya verirsə, deməli, deyilənlər ünvanına çatıb.
İllərlə efir üzünə həsrət qalanlar kamera görən kimi özlərini yekə-yekə aparırlar. Elə bil alçaq dağları bunlar yaradıb. Sözdə hamı özünü kosmonavt, ballerina görə bilər, xəstəxanalarda da o qədər Napaleon, Nefertiti var ki...".
 
Aktual.az
Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR