Büdcədən hansı rayonlara dotasiya veriləcək? - SİYAHI

Büdcədən hansı rayonlara dotasiya veriləcək? - SİYAHI

Milli Məclis 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini müzakirə edir.

Aktual.az "azpost.info"ya istinadən xəbər verir ki, yenilənən büdcədə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 39 milyon 940 min manat ayırmaq proqnozlaşdırılır. Həmin vəsait Ağdam, Balakən, Cəbrayıl, Goranboy, Xocalı, Xocavənd, Kəlbəcər, Qax, Laçın, Lerik, Oğuz, Yardımlı, Zəngilan və Zərdab rayonları arasında bölünəcək.

Mərkəzdən dotasiya almayan şəhər və rayonlar belə sıralanır:

Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR