Bu yay Azərbaycandan xaricə gedənlərin sayında artım olacaq

Bu yay Azərbaycandan xaricə gedənlərin sayında artım olacaq

Turizm şirkətlərinin məlumatlarına əsasən bu il yay mövsümündə Azərbaycandan xaricə gedənlərin sayında, demək olar ki, artım olacaq.

Aktual.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovdeyib.
Onun sözlərinə görə, ötən illərdə olduğu kimi bu il də Azərbaycan turistlərinin əsas səfər edəcəyi ölkə Türkiyə olacaq.
N.Bağırov əlavə edib ki, 2015-ci ildə manatın devalvasiyası Azərbaycandan xaricə gedənlərin sayına təsir etmişdi. Manatın devalvasiyasından sonrakı ilk illərdə göstəricilərin səviyyəsi azalsa da, ötən ildən ölkəmizdən xaricə gedənlərin sayı çoxalıb.
Assosiasiya sədri onu da əlavə edib ki, Azərbaycan turistləri arasında səfərlərin əvvəlcədən planlaşdırılması və bronetmə populyarlaşıb.
Onun sözlərinə görə, əvvəllər isə xaricə gedən Azərbaycan turistləri son anda səfərləri üçün yer bron edirdilər:
"Artıq turistlər 3-4 ay əvvəldən səfərlərinin vaxtını müəyyən edir, yerlərini bron edirlər. Bu da onu göstərir ki, turistlər arasında artıq yeni mədəniyyət formalaşıb".
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xaricə səyahət edən ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiyaya, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7 faizi isə digər ölkələrə səfər edib.
 
Aktual.az
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR