Nazirlikdən açıqlama: Təhsil dayandırılır? YENİLƏNİB

Nazirlikdən açıqlama: Təhsil dayandırılır? YENİLƏNİB

 Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Aktual.az xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

*** 

Azərbaycanda bağçalar, məktəblər və universitetlər fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. 

O, qeyd edib ki, koronavirusun yayılması səbəbindən martın 3-dən 9-dək bağçalar, məktəblər və universitetlər bağlı olacaq.
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR