Bu şəxs UNEC-ə prorektor təyin edildi (FOTO)

Bu şəxs UNEC-ə prorektor təyin edildi (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

Aktual.az xəbər verir ki, bununla bağlı UNEC məlumat yayıb. 

Bildirilib ki, universitetin rektoru Ədalət Muradov yeni prorektor Neman Muradlını Beynəlxalq əməkdaşlıq departamentinin kollektivinə təqdim edib.

Qeyd edək ki, Neman Muradlı 1986-cı ildə anadan olub. 2007-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2009-2010-cu illərdə Koreya Respublikasında Koreya İnkişaf İnstitutunun Dövlət siyasəti və idarəetmə fakültəsində magistr təhsili alıb. 2011-2017-ci illrədə Kyung HEE Universitetinin Dövlət idarəetməsi fakültəsində doktorantura təhsili alıb. 2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, Kyung HEE Universiteti tərəfindən "Dövlət idarəetməsi” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2015-ci ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. 2017-ci ildən UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının müəllimidir. 

İngilis, türk və Koreya dillərini mükəmməl bilir.
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR