"Zarui Postandcyanın açıqlaması ilk növbədə onun uğradığı deqradasiyanı, sahib olduğu kasad beyini, ümumilikdə isə Ermənistan dövlətinin rəzalətini əks etdirən əlamətdir. Bu zavallı məxluqat Türk millətinə həqarət edərkən unudub ki, özünün mənsub olduğu millət və dövlət hər zaman həmin o haqqında danışdığı Türkün qarşısından qaçıb, hər zaman Türkə uduzub, hər zaman Türkün qarşısnda diz çöküb” – Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Ermənistan Parlamentinin keçmiş üzvü Zarui Pastandcyanın son açıqlamasına münasibət bildirərkən söyləyib.
"Gör bunların Türkə qarşı nifrəti hansı həddədir ki, ifadə forması belə ağır seçilib. Bu yaramazlar diplomatiyada uduzdular, danışıqları uduzdular, müharibəni uduzdular, indi də keçiblər mənəvi terror mərhələsinə. Təhqir edirlər, absurd fikirlər söyləyirlər. Bunun adı provokasiyadır. Amma həmin provokasiyalara qarşı biz də susqun qalası deyilik. Zarui kimi mənəviyyatsızların cavabı mütləq verilməlidir. Əvvəla, Zarui unutmasın ki, el-aləm, Avropa, bütün dünya ermənilərin məişət və həyat rejimindəki mundar tərzdən danışır. Üstəlik, onların bir tək tərzi deyil, xisləti də mundardır, diksindiricidir, ikrah yaradandır. İkincisi, bu Zarui həmin Zaruidir ki, zamanında Avropa Şurasında az qala Türkə və Türk təmsilçilərinə yalvarırdı, ilan dili çıxarırdı, Türkə bir tərif demədiyi qalmışdı. İndi nə dəyişdi bəs? Təlimat? Yoxsa şərtlər? Məncə heç biri. Heç Zarui də dəyişməyib. Həmin adamdır. Sadəcə o zaman artistlik edirdi, özü deyildi. İndi isə özüdür. Əsl erməni kimliyinə xas - özü. Bunlar tülkü kimi hər zaman xəbisliklərini içlərində saxlayırlar və imkan düşən kimi biruzə verirlər, nifrin püskürürlər. Elə ona görə də rəzil gündədirlər. Üçüncüsü, Zaruinin ümumiyyətlə son açıqlamalarında ksenofobiya və irqi ayrı-seçkilik əlamətləri açıq-aydın görünür. Bu da ənənəvi erməni xəttidir, yüz illik erməni ideologiyasının xarakteridir və bunların əsl mahiyyətinin göstəricisidir. Nəhayət dördüncüsü, Zarui niyə qəfildən belə bir açıqlama verdi? Öz ağlı iləmi? Yox, təbii. Bu revanşistlərin tezisidir, bu sülhə qarşı olanların strategiyasıdır. Zarui isə məlum prosesdə "marionet”dir, həmin bədxahların danışan dilidir. Onun ağlı olsaydı özünə "Ərik ölkəsi” yerinə başqa bir normal adda Partiya yaradardı. Hərçənd bu adla Zarui arasında müəyyən bir sinxronizə var. Və ya Zarui də başında beyin əvəzinə çəyirdək gəzdirir. Sadəcə ad seçimi zamanı bir az daha realist olmaq və ərik sözünün əvvəlinə "çürük” sözünü əlavə etmək lazım idi. O zaman çox həmahəng olardı. Zarui və partiyası.
Azərbaycan və Türk sözünü Zarui adında manqurt bir də ağzına alsa, sərsəmləsə cavabı daha ağır olacaq. Danışıb üfunət saçmasın. Burnuna gələn iyin mənbəyini yaxşı-yaxşı axtarsın, daha dəqiqi; ilk öncə bir addımlığındakıları içdən qoxlasın. O zaman anlayacaq ki, bütün dünyada mövcud olan yaramaz qoxuların minimum 99 faizinin patenti özlərinə məxsusdur.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 865 dəfə oxunub.