Bu qadın Niyaməddin Orduxanlının qohumuymuş

Bu qadın Niyaməddin Orduxanlının qohumuymuş

Həmin müraciəti edən şəhid anası Ülkər Orduxanlı mənim doğma əmimin həyat yoldaşıdır
1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhdi xatırlayırsınız?! Ümummili lider Heydər Əliyev canlı efirdən Azərbaycan xalqına müraciət etdib, hər kəsi Prezident Aparatının qarşısına çağırdı. Bir necə saat ərzində on minlərlə, yüz minlərlə insan Heydər Əliyevin çağrışına dəstək verərək Prezident Aparatının qarşısına toplaşdı. Çünki Azərbaycan dövlətinin müstəqliyinə böyük bir təhlükə yaranmışdı. Onun çağrışına ilk dəstək verən rayonlardan biri də Abşeron rayonu idi.
Abşeron rayonun Mehdiabad qəsəbəsinin özüm daxil minlərlə sakini Prezident Aparatının qarşısına toplaşdı. Şəkildə gördüyünüz şəhid anası Ülkər Orduxanlıya Ulu Öndər Heydər Əliyev söz verdi. 19 yaşında oğlunu şəhid vermiş Ülkər Orduxanlı yüz minlərlə insana üzünü tutaraq Azərbaycan xalqına müraciət edərək bildirdi ki, "mən Heydər Əliyevin çağrışına Abşeron rayonunun Mehdiabad qəsəbəsindən ayaqyalın bir şəhid anası kimi gəlmişəm. Bura özümlə digər oğlanlarımı, qohumlarımı gətirmişəm ki, onlar da şəhid olsun və biz Azərbaycanın müstəqliyini qoruyaq! Bütün şəhid analarına və analara müraciət edirəm ki, Heydər Əliyevə dəstək verək."
Həmin müraciəti edən şəhid anası Ülkər Orduxanlı mənim doğma əmimin həyat yoldaşıdır. Onun 19 yaşlı oğlu Natiq Orduxanlı 1992-93-cü illərdə Qarabağ döyüşlərində Ağdərə rayonunun erməni vəhşilərinin təmizlənməsində xüsusi qəhrəmanlıq nümayiş etdirərək ŞƏHİD olub. Şəhidlər Xiyabanıda dəfn olunub. Biz bu gün də Azərbaycanın müstəqliyi uğrunda canımızdan keçməyə hazırıq! Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatının 16-ci il dönümüdür. Tanrı ruhunu şad eləsin! Məhz onun sayəsində Azərbaycan 28 ildir ki, tarixdə ilk dəfə olaraq öz müstəqiliyini qoruyub yaşada bilib! Azərbaycanın müstəqliyi əbədidir!

Niyaməddin Orduxanlı, BAXCP sədrinin müavini
Xəbər 1154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR