"Bu məmləkət hamımızın deyilmi?!" - Deputatdan "söyüş müxalifəti"nə sillə kimi sözlər....


Qarabağ hadisələrinin iştirakçısı, erməni ideoloqu Zori Balayanın "Ruhumuzun dirçəlişi” adlı kitabında belə bir qeyd var: "Dostum Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən baxdım ki, 13 yaşında türk qızını pəncərəyə mismarlayıblar. Əvvəlcə uşaq sussun deyə Xaçatur ölmüş ananın kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən həmin 13 yaşlı qızın dərisini baş, qarın və sinə hissəsindən soymağa başladım. Ardınca saata baxdım. Uşaq düz 7 dəqiqə sonra qan itkisi səbəbilə dünyasını dəyişdi. Daha sonra Xaçatur cəsədi doğradı və itlərə atdı. O zaman sevincdən gözlərimiz parıldayırdı. Anlayırdıq ki, bütün ermənilər hərəkətimizlə qürur duyacaq...”


Daha bir erməni müəllif, Paşinyan inqilabından sonra Livanda məskunlaşmış David Xerdiyanın Xocalıya həsr olunmuş "Xaç uğrunda” kitabında isə bu fraqmenti sərlövhə kimi veriblər: "Yük maşınında 10 yaşlı türk qızı vardı. Başından və qolundan aldığı zədələrə rəğmən ölməmişdi. Yaxın bir saat ərzində canını tam tapşırmamış təxminən 10-15 belə adama rast gəldik. Amma onların heç birini güllə ilə öldürmədik. Atdıq diri-diri ocağa. Tonqaldan gələn imdad, qışqırtı səslərini eşitmək o qədər xoş idi ki...”

Bəli. Erməni vəhşəti nədirsə, onun təbliğatçıları, kitab yazanları da eyni QƏBİLdə və QƏLİBdədir.

***

Xocali soyqırımından düz 27 il ötür. Məhz soyqırımından! Hər yerdə belə də ifadə etmək lazımdır. Çünki beynəlxalq hüququn yanlış şərh verənləri, qlobal fikir mərkəzlərində əyləşən ikili-üçlu standartlılar, saxta "erməni soyqırımı”na dörd əllə dəstək verib də kos koca faktı – Xocalı boyda soyqırımı görməzdən keçənlər gələcəkdə (mütləq!) veriləcək sanksiyaları, yaradılacaq tribunalı əngəlləmək üçün günü bu gündən fəaliyyətdədirlər, hüquq manevri edirlər. Ki, hadisəni ən yaxşı halda "qətliam”, "qırğın”, "münaqişə” frazaları üzərindən tövsif etsinlər. Üstəlik, həm də çox sadə səbəbdən: "Soyqırım” adı cinayət təqibində, sanksiya qiymətləndirməsində ən ağır pillə, ən kuliminasion həddir. Ona görə.

Xocalı soyqırımı siyasi qiymətini çoxdan almış bir reallıqdır - dünyanın hegemon dövlətlərinin hökümət və Parlamentləri səviyyəsində. Fəqət, hüquq dilemması bu günə qədər davam edir, öz çarəsini, yöntəmini axtarır. Yenə də...bəzi beynəlxalq güclərin və təşkilatların sərgilədiyi qeyri-obyektiv münasibət səbəbindən! Ona görə bir tək siyasətçi deyil, həm də hüquqşünas kimi məlum soyqırımın hüquqi mahiyyət və qiymət perspektivi haqda fikirlərimi çox dəyərli "müsavat.com” oxucuları ilə bölüşmək istəyirəm.

Əvvəla: Beynəlxalq cinayətlər: soyqırım cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilk öncə ərazi yurisdiksiyası üzrə təqib edilir. Yəni, hadisənin törədildiyi yerin hüquq-mühafizə orqanları çinayət işi açır, istintaq aparır və iş qiyabi xarakter aldıqda cinayətkarlar Beynəlxalq axtarışa verilir. Xocalıda törədilən soyqırım cinayəti ilə bağlı problem ondan ibarətdir ki, canilər hal-hazırda Azərbaycan Respublikasının yurisdiksiyasından kənardadırlar. Bu fakt isə artıq milli qanunvericiliyin daha qlobal zonaya - Beynəlxalq qanunvericiliyə transferini zəruri edir.

İkincisi...Məlum kontekstdə ən kuryoz məqamlardan biri "İNTERPOL”un sırf bu hadisənin törədicilərinə münasibətdə səssiz, fəaliyyətsiz qalmasıdır. Belə ki, Xocalı soyqırımında adı keçənlərin, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ittiham olunan və Beynəlxalq axtarışa verilən cinayətkarların xarici tranzit ötürümündə, yəni bu dövlətdən o birinə adlamasında heç bir problem yoxdur. Ayrıca, bu yaxınlarda fövqəl-dövlətlər də daxil bəzi 5-lik ölkələrinin separat rejim nümayəndələrinə verdiyi viza dəstəyi belə bunu deməyə əsas verir ki, onlar ilk öncə bu təşəbbüslərini "İNTERPOL rahatlığı” və faktiki hüquq baryerinin olmaması səbəbilə reallaşdırırlar.

Üçüncüsü...Beynəlxalq təcavüzləri təqib etmək üçün 1998-ci ildə, Romada Beynəlxalq Cinayət Məhkəməsi təsis olunub. Sadəcə kuryoz ondan ibarətdir ki, həmin məhkəmənin yurisdiksiyası yalnız 1 iyul 2002-ci ildən etibarən törədilən cinayətlərə şamil edilir. Xocalı soyqırımının hüquqi tanıtımı məsələsində Beynəlxalq qüvvələrin masa üzərinə qoyduğu əsas arqument də məhz budur.

Dördüncüsü...Beynəlxalq cinayətlərin təqibi üçün həmçinin "Ad Hoc” tribunalları, yəni xüsusi halı nəzərdə tutan tribunallar mövcuddur. Belə tribunallar realda Syerra Lione, Livan üçün tətbiq edilib, əsasını da müvafiq dövlətlə BMT arasında bağlanan müqavilə təşkil edir. Və "Ad Hoc” mexanizminin məxsusi tərəflərindən biri də odur ki, hadisələrin obyektiv - hüquqi təftişi üçün prosesə milli hakimlərlə yanaşı əcnəbi hakimlər də cəlb edilir.

Digər təcrübə Kambocada mövcuddur. Burada – məhkəmələrdə xüsusi - fövqəladə palatalar yaradılıb. Əsas vəzifə və təyinat isə soyqırım cinayətləri də daxil bütün beynəlxalq cinayətlər üzrə adı keçən canilərin hüquqa təslim edilməsidir. Üstəlik, Kamboca mövzusunda diqqət çəkən daha bir məqam var: məlum məhkəmə - palatalar Kambocada törədilən hərbi cinayətlərdən düz 25 il sonra təsis olunub. Çünki beynəlxalq cinayətlərə münasibətdə zaman faktoru tətbiq edilmir. Müddət sərbəstdir. Və ya məlum xüsusda başqa bir misal çəkim: 1947-ci ildə haqqında Fransa məhkəməsinin qiyabi hökm çıxardığı və hərbi cinayətlərdə ittiham olunan Luis Jörpak yalnız 1983-cü ildə Boliviyadan Fransaya ekstradisiya olunaraq ədalət mühakiməsinə təslim edilib.

Beşincisi....Ən çox mübahisə predmeti olan mövzulardan biri də odur ki, Azərbaycan tərəfi Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsini – statutunu niyə ratifikasiya eləmir və ya bu icraat reallaşmadan Xocalı ilə bağlı qlobal-hüquq müzakirəsi açmağa dəyərmi? Bax burada əsas səbəb siyasidir. Niyə? Çünki demək olar bütün mövcud Beynəlxalq təsisatların, ələlxüsus da məhkəmələrin ixtiyari hadisə fonunda vəziyyətdən sui-istifadə halına daha çox rast gəlinir, nəinki problemin həll edilmə istiqamətindəki çabalara. Daha loru desək, cinayət təqibi kontekstində məlum qurum – Beynəlxalq Cinayət Məhkəməsi iddiaçı dövlətin özünü belə nəzarətə götürmə hüququna, imkanına malikdir və onun ədalətli olacağına, əsl günahkarı qoyub kənarda müqəssir axtarmayacağına da kimsənin zəmanəti yoxdur. Elə bu səbəbdəndir ki, Cin və Hindistan kimi böyük dövlətlər məhkəmənin fəaliyyətində iştirak etmirlər. Amerika və Rusiya kimi dövlətlər isə imzalarını sonradan "Roma Statutu”ndan geri çəkiblər: öz vətəndaşları Beynəlxalq Cinayət Məhkəməsinin təqibinə tuş gəlməsin deyə. Qonşu dövlətlərdən yalnız Gürcüstan bu nizamnaməni ratifikasiya edib və məlumat üçün bildirim ki, artıq Abxaziya mövzusu ilə bağlı Rusiyaya qarşı araşdırlamalar yekunlaşmaq üzrədir. Amma və amma! Məsələ burasındadır, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi ratifikasiya edilmədən də konkret cinayət üzrə yurisdiksiya tanına bilər. Buna BCM-nin Nizamnməsi tam imkan verir. Ayrıca, "Roma Statutunda” göstərilən: " 2002-dən daha əvvəl törədilən cinayətlərə şamil olunmama” – öhdəliyinin də bizə tətbiq edilməmə perspektivi var. O baxımdan ki, Qarabağ münaqişəsi hələ davam edir, bitməyib. Ermənilər tərəfindən son 15 ildə törədilən yeni hərbi cinayətlər sırasına - "de-yuri” bizlərə məxsus torpaqlarda digər dövlətin vətəndaşlarının yerləşdirilməsi və əsasən Kəlbəcər, Şuşa üzərindən reallaşan təbii sərvətlərin talan edilməsi faktı da əlavə edilsə, heç şübhəsiz məqsədə doğru irəliləmək daha rahat olar.

Əlqərəz, Xocalı soyqırımına münasibətdə hüquqi qiymətin verilmə şansı hər dövr üçün öz aktuallığını qoruyub saxlayır. Sadəcə müasir Beynəlxalq Hüququn metodologiyasını ən yüksək şəkildə mənimsəyən kadrlar məlum istiqamətdə mütəmadi konsiliumlara cəlb edilməlidir. Bu ölkənin Nizami Səfərov, Lətif Hüseynov kimi hüquq "beyin”ləri var. O beyinlər ki, adları planetin ən güclü 5 Beynəlxalq hüquqşünası sırasındadır. O beyinlər ki, Oksfordun, Harvardın, Kembricin dərsliklərini yazır. O beyinlər ki, həm də haqqında danışdığımız Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə, statutuna ən kritik şərhləri verir. İstifadə etməli, yararlanmalıyıq belə fenomenlərdən. Xocalı ilə bağlı yaradılacaq tribunalın təşviqediciləri, hüquq sütunları, mexanizm ustadları məhz onlar olacaq. Əminəm, buna. Adım qədər.

***

İndi isə yenidən dönək siyasət tərəfə. İki gün öncə Brüsseldə "Qarabağ mitinqi” keçirildi. Xocalının ildönümü ərəfəsində. Həm də ümumavropa azərbaycanlıları adından. Maraqlıdır, harda idi bütün günü monitor arxasında millətçilikdən, dövlətçilikdən, azərbaycançılıqdan danışıb axırda da hakimiyyətə nifrinlər püskürən qənimətlər, vidadilər, orduxanlar, leyla yunuslar? Onlar axı Avropanın tam göbəyində qərarlaşıblar. Niyə gəlmədilər? Erməni diasporası ilə münasibətin korlanmasındanmı qorxdular, yoxsa qrant verən ağalarındanmı? Əlbət gəlməyəcəkdilər. Çünki Zori Balayan deyir, bütün qətliamları, soyqırımları biz törətmişik, Orduxansa keçən il Hollandiyada düzənlənən tədbirdə söyləyirdi ki, ermənilər azərbaycanlı qəbirləri dağıtmayıb, onların günahı yoxdur. Çünki, Vidadi yaramaza verilən yadelli təlimatlar içində Qarabağ adı keçmir, onun işi hamilərinin ssenarisindən çıxmamaq, verilən mənfur tapşırıqları qeyd-şərtsiz yerinə yetirmək, heyvan instinkti ilə ləyaqətli insanların üzərinə cummaq, yürüməkdir. Çünki Leyla Yunus Xocalıdan, Qarabağdan olanları deyil, ana qanının genetikasından peydahlanan erməni "dostlarını” özündən bilir. Çünki qənimətkimilər Xocalının intiqamını almaqdan milyon dəfə daha çox, Avropanın hərrac məkanlarında, qumar masalarında öz vicdanlarını, mənəviyyatlarını, şəxsiyyətlərini satmağa meyllidirlər...

Oysa, Azərbaycan hamımızındır. Qarabağ hamımızındır. İşğalçı ilə çəkiləcək haqq-hesab, alınmalı olan qisas, intiqam hamının məhkumiyyətidir, hamının boynundadır!

Və o da bizim günahımız deyil ki, kompüter qarşısında kişiləşən, ermənini hədəfə almalı olduğu yerdə iqtidara kükrəyən psixopat-fantomasın və həmin zehniyyətdə olanların boyun deyərkən düşündüyü... peysərə verməkdən savayı başqa bir şey olmur...


Elşən Musayev, Milli Məclisin deputatı

Xəbər 1006 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR