Bu ölkədə məmurlara işə qalstuksuz gəlməyə icazə verilib

Bu ölkədə məmurlara işə qalstuksuz gəlməyə icazə verilib

Mayın 7-də uzun müddət davam edən istirahət günlərindən sonra məmurlara işə qalstuksuz gəlmək icazəsi verilib.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, "Cool biz" (ixtisar edilmiş "cool business" sözündən götürülüb) adlanan bu kampaniyanın məqsədi atom elektrik stansiyalarının fəaliyyətinin dayandırıldığı ölkədə elektrik enerjisinə maksimum qənaət etməkdir. Yaponiyada məmurlara geyim formasını yüngülləşdirməyə imkan yaradan "Cool biz" ümummilli kampaniyasına 2005-ci ildən start verilib. İlkin olaraq həmin kampaniya iyunun 1-dən sentyabrın 30-dək keçirilirdi. Lakin 2011-ci ildə baş verən güclü zəlzələdən və sunami nəticəsində "Fukusima-1" AES-dəki qəzadan sonra elektrik enerjisinə qənaət məqsədilə kampaniyanın müddəti mayın 1-dən oktyabrın 31-dək uzadıldı. Cari ildə payız fəslinə təsadüf edən isti günlərin sayı az olduğuna görə, kampaniyanın yenə sentyabrın 30-dək davam etdirilməsi qərara alınıb.
İyunun 1-dən sentyabrın 30-dək olan dövr isə "super cool biz" adlanmağa başlayıb ki, həmin dövrdə də yalnız qalstukdan və pencəkdən imtina deyil, eyni zamanda səndəllərin, Havay köynəklərinin və müxtəlif rəngli "polo" futbolkalarının geyilməsinə də icazə verilir.
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR