Bu ölkədə iPhone yasaqlana bilər

Bu ölkədə iPhone yasaqlana bilər

Cənubi Koreyada "iPhone" və "iPad" cihazlarının satışı qadağan edilə bilər. "Apple" şirkəti patent hüququnu pozmaqda şübhəli bilinir.
 
Aktual.az  ICTnews-
a istinadən bildirir ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna məxsus olan patentdən qeyri-qanuni istifadə halı ilə bağlı təhqiqata başlayıb.
 
Məlumata görə, məsələ mikroprosessorların yaradılması üçün texnologiya ilə bağlıdır. Həmin texnologiya "iPhone" və "iPad" cihazlarının son modellərinin istehsalında istifadə olunub. Patentdən qeyri-qanuni istifadə faktı sübut edilsə, o zaman Cənubi Koreyada "iPhone X", "iPhone 8" və "8 Plus", həmçinin "iPad Pro" qurğularının satışı qadağan ediləcək.
 
Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR