Bu ölkədə dörd ay davam edən fövqəladə vəziyyət rejimi ləğv olundu

Bu ölkədə dörd ay davam edən fövqəladə vəziyyət rejimi ləğv olundu
  • DÜNYA

Şri-Lanka Prezidenti Maytripala Sirisena aprel ayında baş vermiş terror aktlarından sonra tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini uzatmayıb.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanasında olan mənbə bildirib.
Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250 nəfərə yaxın insan ölüb, 500-dən çox insan isə yaralanıb. Həlak olanların 42-si xarici ölkə vətəndaşıdır. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.
Növbəti gün - aprelin 22-də ictimai asayişin təmin olunması məqsədi ilə polisi və silahlı qüvvələri xüsusi səlahiyyətlə təmin etmək üçün Şri-Lankada fövqəladə vəziyyət rejimi tətbiq olunub. Ölkə prezidenti indiyə qədər fövqəladə vəziyyət rejiminin müddətini üç dəfə uzadıb.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR