Bu ölkə koronavirus epidemiyasının başa çatdığını rəsmən elan etdi

Bu ölkə koronavirus epidemiyasının başa çatdığını rəsmən elan etdi

Monteneqroda koronavirus epidemiyası başa çatıb.


 Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti bildirib.

"Monteneqroda COVID-19 epidemiyasının sona çatdığı elan edilir. Bu, bizim vətəndaşlarımızın və bütün sistemin uzun aylar davam edən səylərinin nəticəsidir", - deyə Monteneqronun Nazirlər Kabinetinin "Twitter"dəki xəbərində bildirilir.

Ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanacaq.

Qeyd edək ki, Monteneqorda infeksiyaya ümumilikdə 324 yoluxma aşkar edilib, COVID-19-a yoluxmuş pasiyent ölüb.

 

 

Monteneqro hakimiyyəti martın sonunda COVID-19-un yayılması ilə əlaqədar beynəlxalq və daxili sərnişin daşımalarına qadağa qoyub.

Xatırladaq ki, dörd gün bundan əvvəl xarici mətbuatda Monteneqorda koronavirus epidemiyasının yaxın günlərdə başa çatacağı barədə xəbərlər yayılmışdı. Ölkə hökuməti nəhayət bununla bağlı məlumatları rəsmən təsdiqləyib.  

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər 92 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR