Bu ixtisas qrupunda 511 nəfər 600-dən yuxarı bal toplayıb

Bu ixtisas qrupunda 511 nəfər 600-dən yuxarı bal toplayıb

"IV qrup üzrə imtahanda iştirak edənlərin və ərziə verənlərin sayı həmişəki kimi digər qruplarla müqayisədə daha azdır".

Aktual.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, keçən il bu qrup üzrə 5000 abituriyent imtahanda iştirak etmişdisə, bu il onların sayı 400 nəfər artıb:

"Keçən illə müqayisədə IV qrupda vəziyyət eynidir. Bu il 600-dan yuxarı nəticə göstərənlərin sayı 511-dir. Ötən il onların sayı 408 nəfər idi. Bu qrupu seçənlər əsasən tibb yönümlü ixtisasları seçirlər. Lakin müəyyən qisim var ki, kənd təsərrüafatı yönümlü ixtisaslara meyil edir. Ona görə ki, həmin ixtisaslara qəbul daha asandır".

Məleykə Abbaszadə qeyd edib ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs kənd təsərrüfatı yönümlü ixtisasları da qeyd etsə, ali məktəbə qəbul ola bilər:

"Bu şəxslərin sayı 3107 nəfərdir. 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 3824 nəfərdir. Bu qrupda da hər bir abituriyent ali məktəbə qəbul ola bilər. Ali təhsilli tibb bacılarına böyük ehtiyac var. Ola bilsin ki, həmin ixtisası seçənlər özlərinə daha tez iş tapa bilər, nəinki digər ixtisası seçənlər".
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR