Bu ilin yol qəzaları - Ölən və yaralananların sayı

Bu ilin yol qəzaları - Ölən və yaralananların sayı

2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 166 ölüm, 461 xəsarət qeydə alınıb.
V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib ki, bu da dövlət yol polisi tərəfindən keçirilən məqsədli tədbirlərin nəticəsidir.

Aktual.az
Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR