Bu ilin yeddi ayında 423 milyon manat sığorta haqqı toplanılıb

Bu ilin yeddi ayında 423 milyon manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 422,931 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

"Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,03% azdır.
Cari ilin yeddi ayı ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 154,632 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 6% çoxdur.
2019-cu ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,6 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,7 manat olub
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR