Bu il satışa çıxarılan bal qablarının üzərində ştrix-kod olacaq

Bu il satışa çıxarılan bal qablarının üzərində ştrix-kod olacaq

Bu il ilk dəfə olaraq bal yarmarkasında müştərilər onlayn vasitə ilə məhsul və istehsalçı haqda məlumatlar öyrənə biləcəklər.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Aqrar Tədqiqatlar Mərkəzində, yarmarkaya son hazırlıq işləri, tətbiq ediləcək yeniliklər, arıçıları, eləcə də ictimaiyyəti maraqlandıran digər suallara həsr olunmuş mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirilib.
L.Məmmədova deyib: "Bu ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər".
Xatırladaq ki, arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası, 28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR