Bu il Gürcüstandan Azərbaycana ixracat 96,5 faiz artıb

Bu il Gürcüstandan Azərbaycana ixracat 96,5 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 942 mln. 857,9 min dollar təşkil edib.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, bu ilin ilk 11 ayı ərzində qonşu ölkənin ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,3% təşkil edib.
Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın 4-cü ən böyük ticarət tərəfdaşı olub.
Yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 96,5% artaraq 435 mln. 846 min dollartəşkil edib. Gürcüstanın ümumi ixracının 14,4%-i Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın birinci ən böyük ixrac tərəfdaşı olub.
 
Aktual.az
Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR