Bu il Dövlət Əmək Müfəttişliyi Xidmətinə 7688 müraciət daxil olub

Bu il Dövlət Əmək Müfəttişliyi Xidmətinə 7688 müraciət daxil olub

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində 7688 vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 3964-nü şikayət məzmunlu ərizələr, 3016-nı müəssisə, idarə və təşkilatların göndərdiyi sorğu xarakterli məktublar təşkil edib.
Qalan müraciətlər isə Xidmətin əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilmiş 708 vətəndaş tərəfindən edilib. 
Sorğu məzmunlu müraciətlərlə əlaqədar vətəndaşlara əmək qanunvericiliyinin aidiyyəti maddələri və onların tətbiqi ilə bağlı izahatlar verilib, digər müraciətlərlə bağlı müvafiq araşdırma aparılmaqla nəticəsinə uyğun tədbirlər görülüb.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR