Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, maşın və avadanlıqların istehsalı 12,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2% artıb.
Dövr ərzində 451 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 10,7% azdır.
Bu ilin birinci rübündə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2%, mancanaq dəzgahlarının istehsalı 9,7% artıb.
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR