Bu il Azərbaycanda 295 min ton pambıq yığılıb

Bu il Azərbaycanda 295 min ton pambıq yığılıb

Bu günə qədər Azərbaycanda pambıq qəbulu məntəqələrinə 294,546 min ton məhsul təhvil verilib.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 29,2% çoxdur.
Xatırladaq ki, keçən il analoji dövrdə 228 min ton pambıq tədarük olunmuşdu.
Bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Məhsulun 90%-i kombaynlar vasitəsilə yığılıb.
Qeyd edək ki, bu il Azərbaycanda 100 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 741 hektar), Ağcabədi (10 452 hektar), Biləsuvar (10 257 hektar), Bərdə (10 140 hektar), Beyləqan (9 706 hektar), Sabirabad (8 630 hektar) və İmişli (7 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.
Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR