Bu il Avropaya 60 min miqrant gəlib

Bu il Avropaya 60 min miqrant gəlib
  • DÜNYA

Bu ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrant və qaçqınların sayı 60 min nəfəri ötüb. 
 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, miqrantlardan 1524 nəfəri həlak olub və ya itkin düşüb.
 
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Coel Millman Cenevrədə təşkil olunan brifinqdə çıxış edərkən avqustun 8-dək Avropaya 60 min 309 mühacir və qaçqının daxil olduğunu deyib. Onlardan 24,6 minini İspaniya, 19 minini İtaliya, 16,5 minini Yunanıstan, 250 nəfəri Malta, 100 nəfəri isə Kipr qəbul edib.
 
Həmçinin təşkilatın məlumatına əsasən, 2018-ci ilin əvvəlindən bəri bütün dünyada 2370 mühacir və qaçqın həlak olub.
 
Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində Aralıq dənizi vasitəsi ilə Avropaya 117 mindən artıq, 2016-cı ildə isə 263 mindən çox miqrant və qaçqın gəlib.
 
Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR