Bu il 52 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 52 yaşayış məntəqəsi qazlaşdırılıb

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.

"Azəriqaz" İB-dən Aktual.az-a verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 1336,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 204,4 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Biləsuvar, Astara, Cəlilabad və Masallı rayonları üzrə 52 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
 
Aktual.az
Xəbər 82 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR