Bu il 374 Azərbaycan vətəndaşı Türkiyədə əmlaka sahib olub

Bu il 374 Azərbaycan vətəndaşı Türkiyədə əmlaka sahib olub

Bu ilin aprel ayında Azərbaycanın 87 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

"Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 19 mənzil və yaxud 27,9%çoxdur.
Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycanın 374 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, illik müqayisədə 117 mənzil və yaxud 45,5% çoxdur.
Ümumilikdə aprel ayında 3 768 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 1 il əvvələ nisbətən 1 709 ədəd və yaxud 83% çoxdur.
Yanvar-aprel aylarında isə Türkiyədə 13 485 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da ötən ilin ilk 4 ayına nisbətən 6 059 ədəd və yaxud 81,6% çoxdur.
Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin aprel ayında iraqlılar Türkiyədən 533, bu ilin 4 ayında isə ümumilikdə 2 314 mənzil əldə edib.
Siyahıda sonrakı yeri Səudiyyə Ərəbistanı tutur. Bu ölkənin vətəndaşları apreldə 395, 2019-cu ilin yanvar-aprel ayları ərzində isə 835 mənzil satın alıblar.
İlk üçlüyü isə iranlılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 332 mənzil, bu ilin ilk dörd ayı ərzində isə 1 278 mənzil əldə ediblər.


Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR