Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Bu il 21 rayon içməli su ilə təmin olunacaq

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu il 21 rayonun içməli su ilə təchizatını yaxşılaşdıracaq.

Aktual.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq: " Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq. Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla "Azərsu" ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq".
 
Aktual.az
Xəbər 73 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR