Bu gündən Bakıda 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

Bu gündən Bakıda 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 əlavə M1 A, M2 A və M8 ekspres xətti bu gündən fəaliyyətə başlayacaq.
Aktual.az Bakı Nəqliyyat Agentliyinə (BNA)istinadən xəbər verir ki, saat 6:30-dan 21:00-dək fəaliyyət göstərəcək ekspres xətlər üzrə "BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq:
Bir neçə gündür ki, test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır.
M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13 000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.
Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə "BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır:"Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və "BakıKart”ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.
Məlumat üçün bildirək ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq".
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR