Bu gündən Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur

Bu gündən Azərbaycana gətiriləcək vaksinlər 2 il müddətində vergidən azad olunur

Bu gündən koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı 2 il müddətinə ƏDV-dən azad olunur.

"Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib.
Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad olunub.
Digər dəyişikliklə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunub.
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR