Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu (YENİLƏNİB)

  Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu (YENİLƏNİB)

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Aktual.az xəbər verir ki, Müzəffər Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
 
 
 10.16
 
"Keçən il dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anmı Günü kimi təsis edilib”.

Aktual.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik: "Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq: "Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərinin birinci İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq”.
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR