Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi başladı (YENİLƏNİB)

Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi başladı (YENİLƏNİB)

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Danışıqlar onlayn formatda işçi qruplarının qoşulması ilə davam edir”, - Prezident Ofisinin rəsmisi qeyd edib.
 
13:10
 
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar.

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər. Daha sonra iki ölkə arasında görüş Türkiyənin İstanbul şəhərində baş tutub.
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR