"Bu gün koronavirusla mübarizəyə bütün dünya səfərbər olub"


"Bu gün koronavirusla mübarizəyə bütün dünya səfərbər olub"

Bunu açıqlamasında BAXCP-nin sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. Partiya rəsmisi bildirib ki, virus qarşı mübarizəyə yalnız həmrəylik yolu ilə qalib gəlmək olar: "Birgə səy nəticəsində bundan az itki ilə çıxmaq mümkündür. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrindəki vəziyyəti təhlil etdikdə, problemin çox ciddi olduğuna əsas verir. Azərbaycanın virusa qarşı mübarizəsi ilk gündən effektiv oldu. Xüsusən cənab Prezident İlham Əliyevin anındaca verdiyi məlum qərarlar bunu deməyə əsas verir. Nazirlər Kabinetinin tərkibində Operativ Qərargahın yardılması və intensiv olaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və bir sıra fərmanların verilməsinin hər birimiz şahidi olduq. Nazirlər Kabinetinin məsul şəxsi İbrahim Məmmədovun yüksək peşəkarlıqla xalqmızı məlumatlandırılması və anındaca reaksia verməsini də şahidi oluruq. Yüksək səviyyədə işin qurulmasının şahidiyik".
Siyasi şərhçiyə görə, dövlətimiz ən vacib addımları atır: "Buna birbaşa nəzarəti Prezident İlham Əliyev həyata keçirir. Ölkənin birinci şəxsi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bir illik əmək haqqlarını virusa qarşı mübarizə fonduna köçürməsi cəmiyyətdə çox böyük stimul yaradıb. Bizim partiyanın lideri hörmətli Qüdrət bəy Fonda yardım keçirən ilk siyasətçilərdən oldu. Mən də ianə köçürənlər arasındayam. Proses davam edir. Və bu günə qədər 69 milyon ianə toplanıb. İnanıram ki, bu rəqəm daha çox olacaq. Bütün bunlarla yanaşı çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, buna ciddi yanaşanlarla yanaşı, hələ də lağlağı edənlər var. Bu adamlar baş vermiş hadisənin fərqində deyillər. Başa düşmürlər ki, artıq karantin də elan olundu. Ötən gün Prezident də bu məsələdən xeyli danışdı və hətta çağırış etdi hamıya, siyasi təşkilatlara".
N.Orduxanlı vurğulayıb ki, hamımız bir olmalıyıq və həmrəylik nümayiş etdirməliyik:
"Siyasi mövqeyindən aslı olmayaraq hamı həmrəy olmalıdır. Belə bir məqamda siyasi fürsətçilik etmək xəyanətdir. Və bunu Azərbaycan xalqı heç kimə bağışlamaz. Həmrəylik hər birimizin vətəndaş borcudur və mənəvi yüküdür. Biz bir dövlət və cəmiyyət olaraq buna birgə qalib gələ bilərik! Alternativ yolumuz yoxdur! Hər kəs öz insanlıq borcunu yerinə yetirməlidir!"
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR