Bu gün biz 3-cü dalğanın pik nöqtəsinə doğru gedirik - Professor

Bu gün biz 3-cü dalğanın pik nöqtəsinə doğru gedirik - Professor

"İndiki dövrdə toyların keçirilməsi real deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantində məntiqli ardıcıllıq gözlənilməlidir:

"Əksinə, hesab edirəm ki, qapalı mühitdə maskada olmaq şərtdir. İaşə müəssisələrində, restoranlarda insanlar saatlarla maskasız otutur, bayırda da maska taxılır. Bu məntiqli görünmür. Bu məsələləri də tənzimləmək lazımdır”. 
 
 

Professor bu gün toyların keçirilməsinin qadağan olduğunu deyib:

"Nə qədər olmasa, toylarda xeyli insanların təması mövcuddur. Bir adamın xəstə olması kifayət edir ki, 70-100 qonağı yoluxdursun. Virus qapalı mühitdə dövr edirsə, o, sürətlə hamını yoluxdura bilər. Baxmayaraq ki, xəstəliyi hərə bir cür keçirir. Bu gün biz 3-cü dalğanın pik nöqtəsinə doğru gedirik. Toylarla bağlı qərarın ləvg edilməsi real görünmür. Hər halda bu dalğa söndükdən, epidemioloji vəziyyət stabilləşəndən sonra toyların leqallaşdırılması və onların hər hansı bir mexanizmə keçməsi ilə bağlı danışıqlar real görünür”.
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR