Bu deputatlar da YAP-dakı vəzifələrini itirəcək

Bu deputatlar da YAP-dakı vəzifələrini itirəcək

Xəbər verdiyimiz kimi, sentyabrın 10-da hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda bir neçə məsələyə baxılıb. Onlardan biri də yeni təyinatlarla bağlı olub. Belə ki, Bakı şəhərinin 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub. 

YAP-dakı vəzifələrindən azad olunanlar bunlardır: Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva.

Hakim partiyanın son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, rayon təşkilatlarının sədrləri ikinci vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir. Nizamnaməyə uyğun olaraq, hazırki deputatlar Məlahət İbrahimqızı, Aydın Hüseynov və Sədaqət Vəliyeva rayon təşkilatının sədri vəzifəsindən azad olunublar.

Modern.az-ın əldə etdiyi məlumata görə, İdarə Heyətinin növbəti iclasında digər rayon və şəhərdə təşkilat sədri olan deputatlar YAP-dakı vəzifələrindən azad olunacaqlar. 

Bunlar YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri, deputat Cavid Osmanov və Yevlax rayon təşkilatının sədri, deputat İlham Məmmədovdur.  

YAP İdarə Heyətinin növbəti iclasının vaxtı hələlik məlum deyil. 

Xəbər 1145 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR