BTQ vasitəsilə nəhəng qatar Türkiyədən Azərbaycana yola salınıb

BTQ vasitəsilə nəhəng qatar Türkiyədən Azərbaycana yola salınıb

"Türkiyədə istehsal olunan ixrac məhsullarını daşıyan 940 metr uzunluğunda, 82 konteynerli nəhəng yük qatarı qardaş ölkələrə doğru yola düşüb”

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaİsmailoğlu deyib.
Onun sözlərinə görə, Türkiyədə istehsal olunan ixrac mallarını Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistana çatdıracaq 82 konteynerdən ibarət nəhəng qatar Qarsdan Gürcüstana doğru hərəkətə başlayıb.
"Türkiyə koronavirus pandemiyası dövründə təmassız olaraq dəmir yolu vasitəsi ilə bölgə ticarətinin davam etdirilməsində mühüm rol oynayır. Xüsusilə bu müddətdə bölgədəki bir çox ölkə ticarət əlaqələrini Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üzərindən etməyə başlayıb. Hazırda təmassız və yüksək dezinfeksiya proseslərindən keçməklə dəmir yolu vasitəsi ilə xeyli miqdarda yük daşınır.
Bu qatar Bakı-Tbilisi-Qars xəttində indiyə qədər hərəkət edən ən uzun qatardır. İlk dayanacağı olan Gürcüstana doğru yola çıxan qatar marşrut üzərindəki digər ölkələrə də yükləri çatdıraraq 9 gün sonra Özbəkistana çatacaq. Koronavirus səbəbilə bir çox ölkə ehtiyaclarını təmin edə bilmir. Bu konteynerlərdə təmizlik vasitələrindən, avtomobil sənayesi məhsullarına qədər çox sayda qardaş ölkələrimizin ehtiyacı olan türk məhsulları var”, - o bildirib.
A.Karaismailoğlu bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar İranın nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmasından sonra, bir çox Asiya ölkələri də öz yüklərini BTQ üzərindən ixrac etməyə başladı. Bundan başqa, martın 3-də Bakı-Tbilisi-Qars xəttində hərəkətin bərpa edilməsindən indiyə qədər 55 min tona yaxın yük daşınıb. Eyni dövrdə İran vasitəsi ilə 100min ton, təqribən 3 min vaqon yük daşınıb.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. 
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Xəbər 879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR