Brilliant Dadaşova Rəhimin dəfnində niyə iştirak etməyib?

Brilliant Dadaşova Rəhimin dəfnində niyə iştirak etməyib?

Xalq artisti Brilliant Dadaşova sentyabrın 30-da dünyasını dəyişən mərhum müğənni-bəstəkar Rəhim Rəhimlidən danışıb.
Aktual.az Axşam.az-a istinadla xəbər verir ki, "Maqazin plus”a müsahibə verən sənətçi həmkarının dəfninə qatılmamasının səbəbini açıqlayıb:
"Onun dəfnində olmadım, çünki Bakıda deyildim. İnsanın gedib-getməməsiylə deyil. Qəlbimiz onunla döyünür. Sonuncu dəfə Rəhimi ölümündən altı ay əvvəl görmüşdüm, tanıya bilməmişdim, çox təəssüfləndim. Rəhimlə "salam-əleykimiz” vardı. O, çox istedadlı bir insan idi. Çox sevirdim onu. Musiqi duyumu, biliyi çox idi. Musiqiyə kənardan gələn bir insan deyildi. Heyif ki, Rəhim özünü qoruya bilmədi. Ruhu şad olsun”.


Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR